İsraildə koronavirusa yoluxanların sayı 16 300-ü keçdi

İsraildə koronavirusa yoluxanların sayı 16 300-ü keçdi İsraildə koronavirusa yoluxanların sayı 16 314 nəfərə çatıb.
Digər ölkələr
6 May , 2020 12:53
İsraildə koronavirusa yoluxanların sayı 16 300-ü keçdi

İsraildə koronavirusa yoluxanların sayı 16 314 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 25 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 238 nəfərdir. İndiyədək 10 527 pasiyent sağalıb.

İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi