İsraildə koronavirusa yoluxanların sayı 15,3 minə yaxınlaşır

İsraildə koronavirusa yoluxanların sayı 15,3 minə yaxınlaşır İsraildə son sutkada daha 150 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
26 Aprel , 2020 01:05
İsraildə koronavirusa yoluxanların sayı 15,3 minə yaxınlaşır

İsraildə son sutkada daha 150 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada daha bir nəfər pandemiyanın qurbanı olub. Bununla da İsrail üzrə koronavirusdan ölənlərin sayı 199-a, yoluxanların sayı isə 15 298-ə çatıb.

Məlumata görə, 127 nəfərin vəziyyəti ağır, 99 nəfərin səhhəti isə orta ağırdır. İndiyədək koronavirusdan 6 435 nəfər sağalıb.

Qeyd edək ki, aprelin 19-dan İsraildə karantin rejimi yüngülləşdirilib. Yeni rejimə əsasən, iş yerində 10 nəfər, yaxud işçilərin 30 faizindən çox əməkdaş ola bilməz.

Son xəbərlər

Orphus sistemi