İsraildə koronavirusa yoluxma hallarının sayı 13 107-yə yüksəlib.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Ötən sutka ərzində 250-dən çox insana koronavirus diaqnozu qoyulub.
Bundan başqa, ölənlərin sayı daha 10 nəfər artaraq 158-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.