İsraildə koronavirus daşıyıcılarının sayı artdı

İsraildə koronavirus daşıyıcılarının sayı artdı İsraildə daha üç nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Digər ölkələr
4 Mart , 2020 12:50
İsraildə koronavirus daşıyıcılarının sayı artdı
google.az

İsraildə daha üç nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” “Jerusalem Post”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 15-ə çatıb.

Bildirilib ki, məktəbdə bir şagirdə koronavirus diaqnozu qoyulandan sonra 1 150 şagird karantinə alınıb. Bundan başqa, məktəbin direktorunda da koronavirus aşkarlanıb. 

Yoluxmuş digər üçüncü şəxs isə koronavirusun geniş yayıldığı İtaliyadan yenicə qayıdıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 80 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 526-ya çatıb. Bunların 51 019 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub

Son xəbərlər

Orphus sistemi