İsraildə koalisiya hökumətini yenə qura bilmədilər

İsraildə koalisiya hökumətini yenə qura bilmədilər İsraildə Likud və Kaxol Lavan partiyalarının liderləri təyin edilən müddət ərzində milli birlik koalision hökumətinin qurulmasında razılığa gələ bilməyiblər.
Digər ölkələr
16 Aprel , 2020 13:02
İsraildə koalisiya hökumətini yenə qura bilmədilər

İsraildə Likud və Kaxol Lavan partiyalarının liderləri təyin edilən müddət ərzində milli birlik koalision hökumətinin qurulmasında razılığa gələ bilməyiblər.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, koalisiya hökumətinin qurulması ilə bağlı mandat ölkə parlamentindədir.

Bildirilib ki, aprelin 16-da gecə 3-dək davam edən 5 saatdan artıq Likudun lideri, fəaliyyətdə olan baş nazir Binyamin Netaniyahu ilə Kaxol Lavanın lideri, yeni parlamentin sədri Beni Qans arasında görüş nəticəsiz başa çatıb.

Məlumata görə, razılaşdırılmayan məsələlərdən B.Netaniyahunun yenidən baş nazir postuna namizəd göstərilməsidir.

Aprelin 16-dan başlayaraq 21 gün ərzində partiyalar arasında razılıq əldə edilməzsə, o zaman hər bir deputat namizədliyinin dəstəklənməsi üçün parlamentin 61 üzvünün razılığını almalıdır. Bu baş verməzsə, parlament buraxılacaq və növbədənkənar seçkilər keçiriləcək.

Ancaq adları çəkilən partiyalar hökuməti qurmaq istiqamətində danışıqları davam etdirəcəklərini də bildiriblər.

Son xəbərlər

Orphus sistemi