Yuxarı

İsraildə irqçilikdə ittiham olunan dövlət qulluqçusu intihar edib

Ronis adlı şəxs qaradərili qadının ittihamlarına dözə bilməyib

Bakı. 24 may. REPORT.AZ/ İsrailin Miqrasiya Xidmətinin əməkdaşı sosial şəbəkələrdə qaradərili qadının ona qarşı edilən irqçi davranışla bağlı şikayətindən yaranan qalmaqaldan sonra intihar edib.

"Report" BBC-ə istinadən xəbər verir ki, adı açıqlanmayan qadın Facebook sosial şəbəkəsində oğlu üçün pasport aldığı zaman Ariel Ronis tərəfindən ayrı-seçkiliyə məruz qalmasından şikayətlənib.

Qadının sözlərinə görə, sözügedən şəxs ona "otaqdan çıxıb getməsini məsləhət görüb". Onun bu statusu minlərlə istifadəçi tərəfindən paylaşılıb.

Şənbə gününə keçən gecə isə Ronis öz mövqeyini bildirərək qadının söylədiklərini təkzib edib. O həmişə bərabərliyin tərəfdarı olduğunu və adının irqçiliklə sinonim olmasına dözə bilmədiyini bildirib. Daha sonra silahla özünə qəsd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi