​İsraildə Fələstinlə bağlı siyasətə etiraz edən 43 kəşfiyyatçı işdən çıxarılıb

​İsraildə Fələstinlə bağlı siyasətə etiraz edən 43 kəşfiyyatçı işdən çıxarılıb Onlar ölkəni ədalətsiz siyasətdə ittiham ediblər
Digər ölkələr
27 Yanvar , 2015 02:29
​İsraildə Fələstinlə bağlı siyasətə etiraz edən 43 kəşfiyyatçı işdən çıxarılıb

Bakı. 27 yanvar. REPORT.AZ/ İsrailin Müdafiə Nazirliyi fələstinlilərə qarşı ədalətsiz siyasətə narazılıqlarını bildirən "8200" elit kəşfiyyat qrupunun 43 ehtiyat hərbçisini işdən çıxarıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, sentyabrda İsrail mətbuatı bir qrup hərbçinin ölkənin fələstinlilərə qarşı yönələn fəaliyyəti səbəbindən öz öhdəliklərini yerinə yetirməkdən imtina etmələrinə dair məktubunu dərc edib.

Sıralarında həm kişi, həm də qadınların olduğu kəşfiyyat qrupunun əməkdaşları milyonlarla insanın hüquqlarını pozan sistemdə xidmətlərini davam etdirə bilməyəcəklərini ifadə ediblər.

"8200" İsrailin kəşfiyyat sistemində iri birləşmələrdən biridir. Bu bölmə kibermüdafiə, elektron informasiyaların monitorinqi və toplanması üzrə ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi