İsraildə dünyanın ən yaşlı kişisi vəfat edib

İsraildə dünyanın ən yaşlı kişisi vəfat edib Sentyabrın 15-də Kristal 114 yaşını qeyd edəcəkdi
Digər ölkələr
11 Avqust , 2017 20:31
İsraildə dünyanın ən yaşlı kişisi vəfat edib

Bakı. 11 avqust. REPORT.AZ/ Dünyanın ən yaşlı kişisi, gənc yaşlarında Holokost dəhşətlərini yaşamış İsrael Kristal 113 yaşında İsraildə vəfat edib.

"Report"un "i24news" kanalına istinadən verdiyi xəbərə görə, İsrael Kristal Polşada doğulub.

Onu İkinci Dünya Müharibəsi zamanı ailəsi ilə birgə bir konslagerdən digərinə aparıblar. Kristal iki övladını və həyat yoldaşını itirdikdən sonra 1950-ci ildə İsrailə köçüb və ömrünün son illərini Hayfa şəhərində keçirib. Ona ikinci evliliyindən olan övladları, nəvələri və nəticələri dəstək olub.

Sentyabrın 15-də İ.Kristal 114 yaşını qeyd edəcəkdi. 

Son xəbərlər

Orphus sistemi