İsraildə daha 7 nəfər koronavirusdan ölüb

İsraildə daha 7 nəfər koronavirusdan ölüb İsraildə koronavirusa yoluxanların sayı 15 870 nəfərə çatıb.
Digər ölkələr
139
30 Aprel , 2020 15:22
İsraildə daha 7 nəfər koronavirusdan ölüb

İsraildə koronavirusa yoluxanların sayı 15 870 nəfərə çatıb.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada ölkədə 88 yeni yoluxma, 7 ölüm hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 219-a çatıb, indiyədək 8 412 pasiyent sağalıb.

Məlumata görə, son günlər ağır xəstələrin sayında azalma müşayiət edilir.

Aprelin 29-dan etibarən karantin rejimi yumşaldılıb. Yaşayış yerindən 500 metr aralı məsafədə idmanla məşğul olmağa icazə verilir.

Hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.

Son xəbərlər

Orphus sistemi