İsraildə son sutkada koronavirusa 621 yoluxma faktı qeydə alınıb.
“Report” xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Ölkədə son 24 saatda üç nəfər COVID-19-un qurbanı olub.
Bununla da İsraildə virusa yoluxanların sayı 23 421 nəfərə, qurbanların sayı isə 317-yə yüksəlib.
Koronavirusa yoluxan 17 002 pasiyent sağalıb, 6 102 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.