Yuxarı

​İsrail yeni raketdən müdafiə sisteminin sınağını keçirib

Mütəxəssislər sınağın nəticələrini təhlil edir

Bakı. 10 dekabr. REPORT.AZ/ İsrail "Xets-3" ("Ox") tipli raket hücumundan müdafiə sisteminin sınağını keçirib.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Sınaq ABŞ-ın "MDA" agentliyi ilə birgə keçirilib. Mütəxəssislər sınağın nəticələrini təhlil edir.

Qeyd edək ki, bu silah "Arrow", "Xoma" adlı raket əleyhinə komplekslər qrupuna aiddir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi