İsrail XİN: Fələstinin BCM-ə müraciət etməsi hüquqi qüvvəyə malik deyil

İsrail XİN: Fələstinin BCM-ə müraciət etməsi hüquqi qüvvəyə malik deyil Bakı. 22 may. REPORT.AZ/ Fələstinlilərin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməsi hüquqi qüvvəyə malik deyil.
Digər ölkələr
22 May , 2018 15:36
İsrail XİN: Fələstinin BCM-ə müraciət etməsi hüquqi qüvvəyə malik deyil

Bakı. 22 may. REPORT.AZ/ Fələstinlilərin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməsi hüquqi qüvvəyə malik deyil.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin bu gün yayılan bəyanatında bildirilir.

"Fələstinlilərin müraciəti hüquqi baxımdan əsassızdır. BCM-in isə İsrail-Fələstin məsələsi ilə bağlı heç bir səlahiyyəti yoxdur. Çünki İsrail Məhkəmənin üzvü deyil, Fələstin muxtariyyəti isə dövlət deyil", - bəyanatda deyilir.

Qeyd edək ki, daha əvvəl Fələstin BCM prokurorluğuna ölkə ərazisindəki vəziyyətin araşdırılmasına dair sorğu göndərib.

Son xəbərlər

Orphus sistemi