​İsrail XİN: "Avropa İttifaqı ikili standartlı siyasət yürüdür"

​İsrail XİN: "Avropa İttifaqı ikili standartlı siyasət yürüdür" "Sionist düşərgəsi"nin lideri: "Təəssüf ki, Avropa İttifaqının liderləri İsraili qanunsuz elan edənlərə köməklik göstərir"
Digər ölkələr
19 Yanvar , 2016 14:00
​İsrail XİN: Avropa İttifaqı ikili standartlı siyasət yürüdür

Bakı. 19 yanvar. REPORT.AZ/ "Dünyada 200-dən artıq ərazi və sərhəd münaqişəsi mövcuddur, ancaq Avropa İttifaqı İsrailə münasibəttə belə mövqe tutmaqla ikili standart siyasəti yürüdür".

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, İsrail XİN-in Avropa İttifaqının (Aİ) ötən gün qəbul etdiyi qətnamə ilə bağlı yaydığı bəyanatda belə deyilir. 

İsrail XİN Fələstin Milli Muxtariyyətinin "terror fəaliyyətindən" Aİ-yə şikayət edib. Şikayətdə bildirilib ki, belə bir yanaşma Avropanın yəhudi dövləti ilə Fələstin arasındakı münaqişənin həllində fəal iştirakına imkan vermir.

"Sionist düşərgəsi" İsrail müxalifət blokunun lideri İtshak Hersoq da Aİ-nin qərarına münasibət bildirib: "Təəssüf edirəm ki, Avropa İttifaqının liderləri İsraili qanunsuz elan edənlərə köməklik göstərir".

Qeyd edək ki, ötən gün Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında qəbul edilən qətnamədə qurum İsraili 1967-ci il sərhədləri çərçivəsində tanıdığını bildirib. 

Son xəbərlər

Orphus sistemi