Bakı. 12 fevral. REPORT.AZ/ İsrail ordusu Suriyanın Kuneytra əyalətindəki obyektlərə zərbə endirib.
"Report" SANA-ya istinadən xəbər verir ki, tanklar dağılmış şəhər xəstəxanasını və müşahidə məntəqəsini atəşə tutub.
Binalara ziyan dəysə də, ölən və yaralananlar barədə məlumat yoxdur.
İsrail ordusu həmçinin dağıntıların olduğu Tel Ad-Dariya rayonunu atəşə tutub.