İsrail Suriyanın hərbi bazasına raket zərbələrinin endirilməsi ilə bağlı məsələni şərh etməyib

İsrail Suriyanın hərbi bazasına raket zərbələrinin endirilməsi ilə bağlı məsələni şərh etməyib Bakı. 9 aprel. REPORT.AZ/ İsrailin Müdafiə Nazirliyi Suriyanın Homs əyalətindəki “Tiyfor” (“T-4”) hərbi bazasına raket zərbələrinin endirilməsi ilə bağlı məsələyə şərh verməkdən imtina edib.
Digər ölkələr
9 Aprel , 2018 10:06
İsrail Suriyanın hərbi bazasına raket zərbələrinin endirilməsi ilə bağlı məsələni şərh etməyib

Bakı. 9 aprel. REPORT.AZ/ İsrailin Müdafiə Nazirliyi Suriyanın Homs əyalətindəki “Tiyfor” (“T-4”) hərbi bazasına raket zərbələrinin endirilməsi ilə bağlı məsələyə şərh verməkdən imtina edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidməti bununla bağlı sualı cavablandırmaqdan boyun qaçırıb. 

“Biz bunu şərh etmirik”, - nazirliyin rəsmisi bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl Suriyanın SANA agentliyi Homsdakı hərbi hava bazasına raket zərbələrinin endirilməsini əks etdirən video-yazı yayıb. Məlumata görə, hava zərbərləri nəticəsində ölən və yaralananlar var.

“Al-Mayadin” televiziyası isə bildirib ki, Suriyanın şərqində yerləşən Homs əyalətinə raket zərbələri endirilən zaman İsrailin kəşfiyyat təyyarələri havada olub.

Telekanalın məlumatına görə, Homsa düşən raket Aralıq dənizi istiqamətindən və Livanın hava məkanından atılıb.

Xatırladaq ki, Pentaqon həmin bazaya hücum etmədiyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi