İsrail qırıcıları yenidən Suriyanı bombalayıb

İsrail qırıcıları yenidən Suriyanı bombalayıb Bombardumandan sonra Dəməşq ətrafındakı Cemraya bölgəsində 3 güclü partlayış səsi eşidilib
Digər ölkələr
5 Dekabr , 2017 10:10
İsrail qırıcıları yenidən Suriyanı bombalayıb
AFP / JACK GUEZ

Bakı. 5 dekabr. REPORT.AZ/ İsrailin döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hərbi bazaya və ölkənin Cəmraya bölgəsinə havadan zərbələr endirib. 

“Report” “Ulusal”a istinadən xəbər verir ki, BMT-nin Suriyada tanıdığı hökumətə məxsus hava hücumundan müdafiə sistemi İsrailin 3 raketini zərərsizləşdirib.

İsrail qırıcılarının atdığı 3 raket isə hədəfə dəyib. Bombardumandan sonra Dəməşq ətrafındakı Cemraya bölgəsində 3 güclü partlayış səsi eşidilib. Hücum nəticəsində tələfatın olub-olmaması haqqında məlumat yayılmayıb.

Livan ordusunun yaydığı digər bir məlumata görə, İsrail təyyarələri bu ölkənin cənub hissəsindən Suriyaya doğru uçub: “İsrailin hərbi təyyarələri Livanın hava məkanını 17 dəqiqə ərzində işğal edib”. 

Qeyd edək ki, son bir il ərzində İsrail qırıcıları bu bölgəyə 7 dəfə raket atıb, onlardan 4 hədəfə dəyib. 

Son xəbərlər

Orphus sistemi