İsrail qırıcıları Livanın hava məkanını pozub

İsrail qırıcıları Livanın hava məkanını pozub Bakı. 26 dekabr. REPORT.AZ/ İsrailin hərbi təyyarələri çərşənbə axşamı gecə saatlarında Livanın cənub hissəsinin hava məkanını pozaraq aşağı hündürlükdən manevrlər ediblər.
Digər ölkələr
26 Dekabr , 2018 06:56
İsrail qırıcıları Livanın hava məkanını pozub

Bakı. 26 dekabr. REPORT.AZ/ İsrailin hərbi təyyarələri çərşənbə axşamı gecə saatlarında Livanın cənub hissəsinin hava məkanını pozaraq aşağı hündürlükdən manevrlər ediblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Livanın NNA milli agentliyi məlumat yayıb.

"İsrailin Hərbi Hava Qüvvələri bu gün (çərşənbə axşamı – red.) saat 22:00-dan etibarən 10 dəqiqə ərzində Nabatiyə və ət-Tufahın hava məkanında zərbə endirirlərmiş kimi alçaq məsafədən uçuşlar ediblər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, İsrail təyyarələri dəniz istiqamətindən gələrək Tir və Sayda şəhərləri üzərində də alçaqdan uçuşlar ediblər. NNA-nın məlumatına görə, onlar raket əleyhinə müdafiə sistemlərindən qorunma vasitəsindən istifadə ediblər.

Daha əvvəl Suriya televiziyası Dəməşqə naməlum istiqamətdən raket hücumunun qarşısının alındığı barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi