İsrail qırıcıları Livanın hava məkanını pozub

İsrail qırıcıları Livanın hava məkanını pozub Pilotların manevri yerli sakinlər arasında təşvişə səbəb olub
Digər ölkələr
11 Sentyabr , 2017 00:39
İsrail qırıcıları Livanın hava məkanını pozub

Bakı. 11 sentyabr. REPORT.AZ/ İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları bazar günü Cənubi Livan səmasında görünüblər və Sayda şəhərinə qədər (Beyrutun 40 kilometrliyində) uçuş ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" qəzeti məlumat yayıb.

Reaktiv təyyarələr aşağı yüksəklikdə, sanki hücum edirlərmiş kimi bir sıra yaşayış məntəqələri və fələstinli qaçqınların qaldıqları düşərgələr üzərindən keçiblər.

Nəşrin məlumatına görə, qırıcı təyyarələrin manevri yerli sakinlər arasında təşvişə səbəb olub.

Son xəbərlər

Orphus sistemi