İsrail Qəzzada hərbi obyektlərə hava zərbəsi endirib

İsrail Qəzzada hərbi obyektlərə hava zərbəsi endirib Ölən və yaralananlar barədə məlumat yoxdur
Digər ölkələr
3 İyun , 2018 04:48
İsrail Qəzzada hərbi obyektlərə hava zərbəsi endirib

Bakı. 3 iyun. REPORT.AZ/ İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-ın 10 obyektinə hava zərbəsi endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

"İsrail HHQ-nin təyyarələri Qəzza zolağında HƏMAS qruplaşmasının üç məntəqəsində 10 hədəfə zərbə endirib", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, hücum Qəzza zolağından atılan raketlərə cavab olub.

Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi