Yuxarı
    Bağlamaq

    İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurub

    Bu, oradan açılan raket atəşinə cavab olub© Courtesy İmage

    Bakı. 27 iyun. REPORT.AZ/ İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə hücum edib.

    "Report" xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

    "Tərəfimizdən Qəzzanı idarə edən və orada baş verənlərə görə cavabdeh olan HƏMAS təşkilatına hücum olub", - deyə məlumatda bildirilir.

    Fələstin mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri HƏMAS-ın Qəzzanın şimal və cənubunda yerləşən iki mövqeyinə endirilib.

    Bundan əvvəl Qəzza zolağından İsrailə raket atıldığı məlumat verilmişdi. Raket açıq sahəyə düşdüyündən xəsarət alan olmamışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi