İsrail Qəzzada "Həmas"ın mövqelərinə havadan zərbə endirib

İsrail Qəzzada "Həmas"ın mövqelərinə havadan zərbə endirib Bu, "Həmas"ın raket atəşinə cavab olub
Digər ölkələr
31 Dekabr , 2017 02:48
İsrail Qəzzada Həmasın mövqelərinə havadan zərbə endirib

Bakı. 31 dekabr. REPORT.AZ/ İsrail Hərbi Hava Qüvvələri dekabrın 30-da Qəzzada "Həmas"ın mövqelərinə zərbə endirib.

“Report” xəbər verir ki, İsrail müdafiə ordusunun mətbuat xidmətinin bəyanatına görə, bu, cümə günü yəhudi dövləti istiqamətində açılan raket atəşinə cavab olub.

"Ötən gün İsrailin cənubunda yerləşən Şaar-Ha-Neqeva və Sdot-Neqevanın raket atəşinə tutulmasına cavab olaraq, bu gün axşam İsrail qırıcıları Qəzza zolağının cənubunda "Həmas" təşkilatının müşahidə məntəqəsinə zərbə endirib", - deyə RİA "Novosti" məlumatı sitat gətirir.

Son xəbərlər

Orphus sistemi