Bakı. 17 may. REPORT.AZ/ İsrailin Hərbi Hava Qüvvələri cümə axşamı HƏMAS-ın Qəzza zolağının şimal hissəsindəki obyektlərinə zərbə endirib.
“Report” TASS-a istinadən xəbər verir ki, hücum İsrailin Sderot şəhərinin pulemyotlardan atəşə tutulmasına cavab olaraq həyata keçirilib.
"Bir neçə dəqiqə əvvəl qırıcılarımız Qəzzanın şimal hissəsində HƏMAS-ın hədəflərini vurub. Onlardan 4-dü hərbi kompleksə aiddir, daha üçü isə silah istehsalı ilə bağlıdır. Hücum gün ərzində [İsrailin] Sderot şəhərinin pulemyot atəşinə tutulması və bizim qüvvələrimizə qarşı bir neçə atəş açma hadisəsinə cavab olaraq həyata keçirilib", - deyə İsrail ordusunun mətbuat xidməti "Twitter"də yazıb.