İsrail Qəzza zolağına raket zərbəsi endirib

İsrail Qəzza zolağına raket zərbəsi endirib Ötən bazar İsrail Qəzza zolağından iki dəfə raket atəşinə məruz qalıb
Digər ölkələr
19 Fevral , 2018 08:33
İsrail Qəzza zolağına raket zərbəsi endirib

Bakı. 19 fevral. REPORT.AZ/ İsrail aviasiyası bazar günü raket atəşinə cavab olaraq Qəzza zolağındakı yeraltı infrastruktura zərbə endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İsrail ordusu öz "Twitter" səhifəsində məlumat yerləşdirib.

"İsrail silahlı qüvvələri israillilərin təhlükəsizliyini təmin etmək üçün fəaliyyətlərini davam etdirəcəklər. "Hamas" hərəkatı Qəzza zolağında həm yerin üzərində, həm də altında baş verən hər şeyə görə məsuliyyət daşıyır", - məlumatda qeyd olunur.

Ötən bazar İsrail Qəzza zolağından iki dəfə raket atəşinə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi