​İsrail prezidenti Netanyahunu tənqid edib

​İsrail prezidenti Netanyahunu tənqid edib Netanyahu Fələstin dövlətinin yaranmasına yol verməyəcəyini bildirib
Digər ölkələr
26 Mart , 2015 07:42
​İsrail prezidenti Netanyahunu tənqid edib

Bakı. 26 mart. REPORT.AZ/ İsrail prezidenti Reuven Rivlin ölkənin baş naziri Binyamin Netanyahunu seçkiqabağı kampaniya zamanı səsləndirdiyi bəyanatına görə tənqid edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, prezidentin Netanyahudan rəsmi olaraq yeni koalisiya hökuməti formalaşdırmağı xahiş etdiyi mərasimdə, Rivlin baş naziri ABŞ ilə münasibətləri bərpa etməyə və bəyanatları ilə vurduğu ziyanı aradan qaldırmağa çağırıb.

Netanyahu səsverməyə az müddət qalmış bəyan etmişdi ki, Fələstin dövlətinin yaranmasına yol verməyəcək.

Lakin mərasimdə baş nazir fələstinlilərlə sülh istədiyini bildirib və Vaşinqtonla münasibətləri yoluna qoyacağına vəd verib.

Son xəbərlər

Orphus sistemi