Yuxarı

​İsrail prezidenti: "Hakimiyyət yanlışlığa yol verib"

Reuven Rivlin:Təl-Əviv və Qüdsdəki etiraz aksiyaları İsrail cəmiyyətinin ürəyində dərin yara açıb

Bakı. 4 may. REPORT.AZ/ "Hakimiyyət Efiopiya əsilli İsrail vətəndaşı olan yəhudilərə münasibətdə yanlışlığa yol verib". "Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İsrail prezidenti Reuven Rivlin bildirib.

O qeyd edib ki, Təl-Əviv və Qüdsdəki etiraz aksiyaları İsrail cəmiyyətinin ürəyində dərin yara açıb: "Bu yara dünən irqi ayri-seçkiliyə, irqçiliyə və cəmiyyətin laqeydliyinə haray şəklində özünü göstərdi. Açıq yaraya birbaşa baxmalıyıq. Biz səhv etmişik. Ona baxmadıq və onu dinləmədik. Açıq yarası olanların harayına cavab verməliyik".

Xəbərə görə, İsrailin baş naziri Binyamin Netanyahu öz ofisində ÇAXAL ordusunun polislər tərəfindən döyülən Afrika mənşəli hərbçisi Damas Pakadonu qəbul edib.

O, baş verən hadisə ilə polisin artıq məşğul olduğunu söyləyib.

Xatırladaq ki, İsrailin Xolon şəhərində Afrika mənşəli yəhudi Damas Fakdo adlı hərbçinin polislər tərəfindən döyülməsi kütləvi etiraz aksiyalarının keçirilməsinə səbəb olub. Aprelin 30-da Qüdsdə, mayın 3-də isə Təl-Əvivdə polisin davranışına qarşı aksiya keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi