İsrail prezidenti: "Azanın səsgücləndiricilərlə verilməsinin qadağan edilməsinə qarşıyam"

İsrail prezidenti: "Azanın səsgücləndiricilərlə verilməsinin qadağan edilməsinə qarşıyam" Bu layihənin parlamentin üç fərqli toplantısında müzakirə edilərək səsə qoyulması lazımdır
Digər ölkələr
29 Noyabr , 2016 17:07
İsrail prezidenti: Azanın səsgücləndiricilərlə verilməsinin qadağan edilməsinə qarşıyam

Bakı. 29 noyabr. REPORT.AZ/ İsrail prezidenti azanın səsgücləndirici vasitəsilə oxunmasının qadağan edilməsi layihəsinə qarşıdır.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, İsrail Prezidenti Reuven Rivlin bunu Qərbi Qüdsdəki ofisində müsəlmanlarla görüşündə bildirib.

Onun sözlərinə görə, belə qadağanın tətbiq edilməsinə ehtiyac yoxdur: “İsrail ibadət azadlığına hörmət edən, bütün azlıqların din azadlığı prinsipinə sadiq bir ölkədir".

Qeyd edək ki, İsrail parlamentinə “Gurultuya səbəb olur” iddiası ilə məscidlərdən azanın səsgücləndirici vasitəsilə yayılmasının qadağan olunması haqqında qanun layihəsi təqdim edilib. Bu layihənin parlamentin üç fərqli toplantısında müzakirə edilərək səsə qoyulması lazımdır. Həmin toplantılarda yetərincə səs qazandığı halda bu qanun qüvvəyə minəcək. 

Xatırladaq ki, ötən gün İsrail Prezidenti Reuven Rivlin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bu məsələyə də toxunulub.  

Son xəbərlər

Orphus sistemi