İsrail polisi: "Qüdsdəki partlayış terror aktıdır"

İsrail polisi: "Qüdsdəki partlayış terror aktıdır" Partlayış boş avtobusda baş verib
Digər ölkələr
18 Aprel , 2016 22:00
İsrail polisi: Qüdsdəki partlayış terror aktıdır

Bakı. 18 aprel. REPORT.AZ/İsrail polisi Qüdsdə 21 nəfərin xəsarət alması ilə nəticələnmiş partlayışın terror aktı olduğunu elan edib. Polis bildirib ki, partlayış boş avtobusda baş verib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın oradan içərisində sərnişinlər olan digər avtobusa keçib.

Hüquq mühafizə orqanlarının mətbuat katibi Mixael Zingerman hadisə yerində partlayıcı qurğunun tapıldığını bildirib. Onun sözlərinə görə, söhbət terror aktından gedir.

Bir qədər əvvəl İsrailin hüquq mühafizə orqanları partlayışın texniki səbəblərdən baş verdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi