İsrail polisi yenə Netanyahunu, onun həyat yoldaşını və oğlunu sorğu-sual edib

İsrail polisi yenə Netanyahunu, onun həyat yoldaşını və oğlunu sorğu-sual edib Bakı. 27 mart. REPORT.AZ/ İsrail polisi növbəti dəfə ölkənin baş naziri Binyamin Netanyahunu, onun həyat yoldaşını və oğlunu korrupsiya işi ilə əlaqədar sorğu-sual edib.
Digər ölkələr
27 Mart , 2018 02:53
İsrail polisi yenə Netanyahunu, onun həyat yoldaşını və oğlunu sorğu-sual edib

Bakı. 27 mart. REPORT.AZ/ İsrail polisi növbəti dəfə ölkənin baş naziri Binyamin Netanyahunu, onun həyat yoldaşını və oğlunu korrupsiya işi ilə əlaqədar sorğu-sual edib.

"Report" xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Ölkənin bir sıra mətbu orqanları bildiriblər ki, baş nazir Qüdsdəki rəsmi iqamətgahında yerli telekommunikasiya nəhəngi "Bezek"lə bağlı korrupsiya işi ilə əlaqədar sorğu-sual edilib.

Bundan əlavə, Netanyahunun həyat yoldaşı və oğlu da sorğu-sual olunub. "Baş nazir, onun həyat yoldaşı və oğlu bir neşə saat sorğu-sual edilib", - deyə polisin açıqlamasında bildirilir.

Məlumata görə, təhqiqat dövlət prokurorunun nəzarəti və baş prokurorun razılığı ilə aparılır.

Qeyd edək ki, İsrail polisi ölkənin baş nazirini onun yaxınlarının ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Bezek"in rəhbərliyi ilə korrupsiya əlaqələri üzrə işin istintaqı çərçivəsində martın əvvəlində də sorğu-suala çəkib.

Hökumət başçısı "4000 iş" adı alan iş üzrə şübhəli fiqur deyil, lakin bunu özünə qarşı təqiblərin davamı hesab edir. Müstəntiqlər tanınmış "Walla" xəbər internet-resursunda Netanyahunun fəaliyyətinin müsbət yöndə işıqlandırılmasının qarşılığında məmurların "Bezek"in maraqlarını təşviq etməsinə dair sübutlar axtarırlar.  

Son xəbərlər

Orphus sistemi