İsrail polisi 17 yaşlı fələstinlini güllələyib

İsrail polisi 17 yaşlı fələstinlini güllələyib O, iki dinc sakinə hücum edib
Digər ölkələr
1 Aprel , 2017 20:18
İsrail polisi 17 yaşlı fələstinlini güllələyib

Bakı. 1 aprel. REPORT.AZ/ Qüds şəhərində üç nəfərə hücum edən 17 yaşlı fələstinli güllələnib.

“Report” “Haaretz” nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs əvvəlcə küçədə iki dinc sakinə hücum edib.

Bundan sonra gənc oğlan polisdən qaçmağa çalışıb, lakin gizlənə bilmədiyini gördükdə isə bir polis zabitinə bıçaqla xəsarət yetirib. Nəticədə polisin həmkarı onu güllələyib.

Yaralı polis ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 18 və 23 yaşlarında olan daha iki dinc sakin isə yüngül xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi