Bakı. 4 may. REPORT.AZ/ İsrailin paytaxtı Təl-Əvivdə Efiopiya əsilli yəhudilərin keçirdiyi nümayiş kütləvi qarşıdurmalarla nəticələnib.
"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb. Xəbərə görə, nümayişçilər polislərə daş, butulka və fişənglər atıblar. Polis onları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə etməyə məcbur olub. Aksiyanın səhərə yaxın yatırıldığı bildirilib.
Məlumata əsasən, nümayişdə bir neçə min nəfər iştirak edib. Hadisə nəticəsində 68 nəfər, o cümlədən 56 asayiş keşikçisi yaralanıb və xəsarət alıb. Onların 46-sı xəstəxanaya yerləşdirilib.
26 aksiyaçı tutulub. Onların 19-u polisə basqın etməkdə şübhəli bilinir.
Xatırladaq ki, kütləvi etiraz aksiyalarının keçirilməsinə səbəb İsrailin Xolon şəhərində Afrika mənşəli Damas Fakdo adlı hərbçinin polsilər tərəfindən döyülməsi olub. Aprelin 30-da Qüdsdə, mayın 3-də isə Təl-Əvivdə polislərə qarşı aksiya keçirilib.