İsrail parlamenti qondarma "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq

İsrail parlamenti qondarma "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq Bakı. 24 may. REPORT.AZ/ İsrail parlamentinin deputatları Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda qondarma erməni soyqırımının tanınması məsələsini geniş müzakirəyə çıxarmağı qərara alıblar.
Digər ölkələr
24 May , 2018 00:20
İsrail parlamenti qondarma erməni soyqırımını müzakirəyə çıxaracaq

Bakı. 24 may. REPORT.AZ/ İsrail parlamentinin deputatları Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda qondarma "erməni soyqırımı"nın tanınması məsələsini geniş müzakirəyə çıxarmağı qərara alıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Knessetin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, əvvəlki illərdə irəli sürülərək qarşısı alınan təşəbbüslərdən fərqli olaraq, qərar bu dəfə hökumət tərəfindən etirazla qarşılanmayıb. "Erməni soyqırımı"nın tanınmaması İsrail dövlətinə mənəvi ləkədir. Xüsusən də əgər bu, siyasi konyukturanın xeyrinə baş verirsə", deyə təklifin müəllifi, sol təmayüllü "Mereç" partiyasının lideri Tamar Zandberq bildirib. 

Zalda əyləşən 16 deputatın hər biri məsələnin Knessetin komissiyalarında deyil, parlamentin bütün tərkibi ilə müzakirə edilməsi üçün onun lehinə səs verib. Debatın vaxtı hələlik təyin olunmayıb.

Son xəbərlər

Orphus sistemi