İsraildə növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb

İsraildə növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb Bakı. 24 dekabr. REPORT.AZ/ İsraildə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi vaxt açıqlanıb.
Digər ölkələr
24 Dekabr , 2018 16:41
İsraildə növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ İsraildə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi vaxt açıqlanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, seçki 2019-cu ilin aprel ayının əvvəlində olacaq. 

Bununla bağlı qərar ölkə parlamentində təmsil olunan və vaxtilə koalsiya hökuməti yaratmış partiya sədrlərinin toplantısında qəbul olunub.

Qeyd edək ki, noyabrın 14-də İsrailin müdafiə naziri Aviqdor Liberman İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq istefa verib. Bununla da koalisya hökuməti dağılıb. Baş nazir Binyamin Netanyahu noyabrın 19-da ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.

Son xəbərlər

Orphus sistemi