Yuxarı
    Bağlamaq

    İsrail ordusu bu ölkənin 3 vətəndaşını qətlə yetirən fələstinlinin evini dağıtmağa hazırlaşır

    İsrail ordusu hazırda fələstinlinin yaşadığı Xobar kəndini mühasirəyə alıb və evdə axtarış aparır

    Bakı. 24 iyul. REPORT.AZ/ İsrail ordusu bu ölkənin 3 vətəndaşını qətlə yetirən fələstinlinin evini dağıtmağa hazırlaşır.

    "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail ordusu fələstinlinin yaşadığı Xobar kəndini mühasirəyə alıb və evdə axtarış aparıb. Eyni zamanda, fələstinlinin qardaşı həbs olunub.

    Qeyd edək ki, iyulun 21-də İordan çayının sağ sahilindən olan fələstinli israillilərin yaşadığı Neve-Tsuf qəsəbəsində üç nəfərə bıçaqla ölümcül yaralar yetirib. Daha bir nəfər ağır yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi