İsrail Knessetində qondarma "erməni soyqırımı" məsələsi səsverməyə çıxarılmayıb

İsrail Knessetində qondarma "erməni soyqırımı" məsələsi səsverməyə çıxarılmayıb Hökumət nümayəndəsi məsələni Təhsil Komissiyasında müzakirə etməyi təklif edib
Digər ölkələr
6 İyul , 2016 10:37
İsrail Knessetində qondarma erməni soyqırımı məsələsi səsverməyə çıxarılmayıb

Bakı. 6 iyul. REPORT.AZ/ İsrail Knessetinin plenar iclasında qondarma "erməni soyqırımı"nın tanınması məsələsi səsverməyə çıxarılmayıb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İyerusalimin erməni patriarxının diplomatı müqəddəs ata Koryun bildirib.

"Knesset məsələni müzakirə edib, lakin səsverməyə çıxarmayıb, çünki hökumət nümayəndəsi məsələni Təhsil Komissiyasında müzakirə etməyi təklif edib", - o qeyd edib. 

Qeyd edək ki, bu məsələ əvvəllər də bir neçə dəfə Knessetdə qaldırılıb, lakin hər dəfə İsrail hökumətinin təklifi ilə səsverməyə qoyulmayıb və əlavə müzakirələr üçün Təhsil Komissiyasına qaytarılıb. 

Son xəbərlər

Orphus sistemi