İsrail İran danışıqlarında casusluq ittihamını rədd edir

İsrail İran danışıqlarında casusluq ittihamını rədd edir Mehmanxanaların kompyuter sisteminə yerləşdirilən virus o dərəcədə mürəkkəbdir ki, onu yalnız dövlət səviyyəsində hazırlamaq mümkündür
Digər ölkələr
12 İyun , 2015 05:05
İsrail İran danışıqlarında casusluq ittihamını rədd edir

Bakı. 12 İyun. REPORT.AZ/ İsrail İranın nüvə proqramı ilə bağlı danışıqlarda casusluq etməsi barədə ittihamı rədd edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, İsrail bunu kompüter təhlükəsizliyi şirkəti tərəfindən danışıqlar aparılan mehmanxanalara kompüter virusunun göndərildiyi aşkar olunduqdan sonra bildirib.

Bu arada Rusiyanın Kaspersky Lab şirkəti deyib ki, Avropanın 3 mehmanxanasına göndərilmiş virus o dərəcədə mürəkkəbdir ki, onu yalnız dövlət səviyyəsində işləyib hazırlamaq mümkündür. Ekspertlərə görə, həmin virusu İsrail höküməti yarada bilərdi.

İranın nüvə proqramına dair Tehran və aparıcı dünya dövlətləri arasında danışıqların son müddəti iyunun 30-da bitməlidir.

Mart ayında ABŞ rəsmiləri bağlı qapılar arxasında keçən danışıqlara İsrailin casusluq etməsi ilə bağlı narahatlıqlarını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi