Yuxarı
    Bağlamaq

    İsrail humanitar təşkilatın Qəzzadakı şöbə direktorunu "Həmas"ı maliyyələşdirməkdə ittiham edib

    İsrail səfirliyi: World Vision tərəfindən ayrılan humanitar yardımın 60%-i Həmasın ehtiyaclarının ödənilməsinə sərf olunur

    Bakı. 5 avqust. REPORT.AZ/ İsrail "World Vision" humanitar təşkilatının Qəzzadakı filialının şöbə direktoru Məhəmməd əl-Hələbini əhalinin humanitar ehtiyaclarına ayrılan vəsaitlə "Həmas"ı maliyyələşdirməkdə ittiham edib.

    İsrail səfirliyindən "Report"a verilən məlumata görə, Məhəmməd əl-Hələbinin "Həmas"ın hərbi qanadında vacib fiqur olduğu ifşa edilib.

    Səfirlikdən verilən məlumata görə, o, vəzifəsindən istifadə edərək, "World Vision" təşkilatından Qəzza sektoru üçün ayrılan humanitar yardımın 60%-ni "Həmas"ın hərbi fəaliyyəti üçün sərf edib.

    "World Vision" təşkilatından bu xəbərin onları şoka saldığı və bu məsələdə ciddi yoxlama aparacaqları bildirilib.

    Xatırladaq ki, Məhəmməd əl-Hələbi iyunun 15-də həbs edilib. Avqustun 4-də ona qarşı rəsmən "Həmas"a sponsorluq etmək ittihamı irəli sürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi