Yuxarı
    Bağlamaq

    ​İsrail Hindistana Qanq çayını təmizləməkdə kömək edəcək

    Qanq dünya üzrə ən çirkli çaylar sırasında beşinci yerdədir

    Bakı. 25 iyul. REPORT.AZ/ İsrail texnologiyaları Hindistanda müqəddəs sayılan və olduqca çirklənmiş Qanq çayının təmizlənməsinə köməklik edə bilər.

    "Report"un verdiyi xəbərə görə, bu haqda İsrail səfiri Hindistan mətbuatına müsahibəsində bildirib.

    Bu həftə problemlə daha yaxından tanış olmaq üçün su təmizləmə sahəsində çalışan rəsmilər və sahibkarlardan ibarət İsrail nümayəndə heyəti Hindistana səfər edəcək.

    Onlar əhalinin içməli suya artan tələbatını ödəməyə köməklik göstərəcək.

    Qanq Hindistanın ən böyük çayıdır. Hindlilərin müqəddəs saydığı bu çay ölkə əhalisinin 1/3 hissəsindən çoxunu su ilə təmin edir.

    Qanq dünya üzrə ən çirkli çaylar sırasında beşinci yerdədir. Quraqlıq dövründə çayın suyu bir qədər azalır. Buna səbəb isə əhali tərəfindən sudan suvarma və digər məqsədlər üçün istifadə edilməsi göstərilir.

    Seçki öncəsi baş nazir Narendra Modi seçicilər qarşısında çıxış edərək Qanq çayını təmizləyəcəyinə söz vermişdi.

    Qeyd edək ki, çay boyunca yerləşən 29 şəhərin əhalisi suya məişət tullantıları ilə bərabər, meyitləri də atırlar. Ötən il Modi çayın təmizlənməsi layihəsinə start vermişdi. Hətta baş nazir layihənin həyata keçirilməsi məqsədilə təşkil olunan kampaniya çərçivəsində özünə məxsus pencəyi 700 min ABŞ dollarına satmışdı.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi