İsrail hərbçiləri onlara hücum edən fələstinlini güllələyib

İsrail hərbçiləri onlara hücum edən fələstinlini güllələyib Bu hücum son sutka ərzində baş verən dördüncü belə haldır
Digər ölkələr
17 Sentyabr , 2016 11:20
İsrail hərbçiləri onlara hücum edən fələstinlini güllələyib

Bakı. 17 sentyabr. REPORT.AZ/ İsrail hərbçiləri İordan çayının qərb sahilində onlara bıçaqla hücum edən, hətta bir hərbçini bıçaqlayan fələstinlini güllələyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə barədə ordunun mətbuat xidmətindən məlumat verilib.

Münaqişənin hazırkı gərginliyi dövründə əsas "qaynar nöqtə"lərdən biri olan Hevron şəhərində yaşanan hücum son sutka ərzində baş verən dördüncü belə haldır.

Bir gün əvvəl də Hevron yaxınlığında bir fələstinlini bıçaqla israilli hərbçilərə hücum edərək onu yaralamış, yekunda güllələnmişdi. Demək olar eyni şəraitdə, Yerusəlimin tarixi mərkəzində hərbçilərə hücum etməyə çalışan İordaniya sakini də öldürülmüşdü.

Son xəbərlər

Orphus sistemi