İsrail hərbçiləri ilə toqquşmalarda bir fələstinli ölüb, onlarla insan xəsarət alıb

İsrail hərbçiləri ilə toqquşmalarda bir fələstinli ölüb, onlarla insan xəsarət alıb Bakı. 8 mart. REPORT.AZ/ Qəzza sektoru ilə sərhəddə İsrail hərbçiləri ilə toqquşmalar zamanı bir fələstinli həlak olub, onlarla insan xəsarət alıb.
Digər ölkələr
8 Mart , 2019 23:36
İsrail hərbçiləri ilə toqquşmalarda bir fələstinli ölüb, onlarla insan xəsarət alıb

Bakı. 8 mart. REPORT.AZ/ Qəzza sektoru ilə sərhəddə İsrail hərbçiləri ilə toqquşmalar zamanı bir fələstinli həlak olub, onlarla insan xəsarət alıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurmalar Rafah şəhərində baş verib.

Bildirilir ki, qarşıdurmalar zamanı ümumilikdə 42 fələstinli yaralanıb. Daha bir nəfər isə aldığı ağır xəsarətdən ölüb.

Daha əvvəl İsrail ordusu Qəzza zolağının şərq sərhədində dinc sakinlərin etiraz aksiyasını dağıdan zaman 4 fələstinli xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi