İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb - YENİLƏNİB

İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb - YENİLƏNİB İsrail əsgərləri Xan-Yunis yaşayış məntəqəsində 15 yaşlı yeniyetməni güllələyiblər
Digər ölkələr
8 İyun , 2018 21:58
İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb - YENİLƏNİB

Bakı. 8 iyun. REPORT.AZ/ Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə WAFA agentliyi Fələstinin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Agentliyin məlumatına görə, İsrail əsgərləri Qəzza sektorunun cənubundakı Xan-Yunis yaşayış məntəqəsində 15 yaşlı yeniyetməni güllələyiblər. Həmin ərazidə polislə toqquşmalarda ağır yaralanmış daha bir ərəb ölüb. 

Daha 2 nəfər isə sektorun inzibati mərkəzi Qəzza yaxınlığındakı şəhərdə və Cabaliidə öldürülüb. 


***20:03

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb, 500-dən çoxu yaralanıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.

Son xəbərlər

Orphus sistemi