İsrail hərbçiləri 19 yaşlı fələstinlini güllələyiblər

İsrail hərbçiləri 19 yaşlı fələstinlini güllələyiblər Əhməd Atta sinəsindən aldığı güllə yarasından keçinib
Digər ölkələr
18 Dekabr , 2016 16:12
İsrail hərbçiləri 19 yaşlı fələstinlini güllələyiblər

Bakı. 18 dekabr. REPORT.AZ/ Rəmallah şəhərinin (İordan çayının Qərb Sahili) Beyt-Rim qəsəbəsində İsrail hərbçiləri ilə toqquşma zamanı gənc fələstinli ölüb.

"Report" xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi yerli Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

İnsident dekabrın 18-də baş verib. Toqquşma zamanı 19 yaşlı Əhməd Hazam Atta sinəsindən güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda keçinib.

"Reuters" yəhudi dövləti hərbçilərinin nümayəndəsinə istinadən xəbər verir ki, 50 nəfər fələstinlidən ibarət bir qrup İsrail hərbçilərini daşa basıb.

Son xəbərlər

Orphus sistemi