İsrail BMT-nin İnsan Hüquqları Şurasında ABŞ-ın ardınca iştirakını azaldıb

İsrail BMT-nin İnsan Hüquqları Şurasında ABŞ-ın ardınca iştirakını azaldıb Bakı. 23 iyun. REPORT.AZ / İsrail BMT-nin İnsan Hüquqları Şurasında öz fəallığını müvəqqəti olaraq azaldıb.
Digər ölkələr
23 iyun 2018 06:32
İsrail BMT-nin İnsan Hüquqları Şurasında ABŞ-ın ardınca iştirakını azaldıb

Bakı. 23 iyun. REPORT.AZ / İsrail BMT-nin İnsan Hüquqları Şurasında öz fəallığını müvəqqəti olaraq azaldıb. 

"Report" bu barədə Associated Press-ə istinadən xəbər verir.

Mənbədən bildirilib ki, İsrailin şuranın işində iştirakını "azaltmaq" qərarı ABŞ-ın İnsan Hüquqları Şurasından çıxmasının dəstəklənməsi ilə bağlıdır. 

Şuranın mətbuat katibi deyib ki, dünən İsrailin nümayəndəsi iclasda iştirak etməyib.

Qeyd edilir ki, ölkə İnsan Hüquqları Şurasının tərkibinə daxil deyil, lakin digər dövlətlərlə yanaşı, müşahidəçi rolunda çıxış edir.

İsrail XİN məlumatla bağlı şərh verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi