Yuxarı

​İsrail baş nazirinin xanımı polisdə 5 saat ifadə verib

O, yerli polis idarəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinə ifadə vermək üçün yenidən çağırılıb

Bakı. 4 yanvar. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahunun xanımı Sara Netanyahu yanvarın 4-də yerli polis idarəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinə ifadə vermək üçün yenidən çağırılıb.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

O, 2015-ci il dekabrın 31-də polis şöbəsində 5 saat ifadə verib.

Məlumata görə, o, hökumət administrasiyasının idarə edilməsində qanuni fəaliyyəti olan siyasətçilərə münasibətdə etik normaları və qaydaları pozmaqda şübhəli bilinir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi