​İsrail baş nazirinin müşaviri dələduzluqda şübhəli bilinir

​İsrail baş nazirinin müşaviri dələduzluqda şübhəli bilinir O, 2009-cu ildən Binyamin Netanyahunun qanunvericilik və parlament fəaliyyəti üzrə müşaviridir
Digər ölkələr
2 Oktyabr , 2015 13:22
​İsrail baş nazirinin müşaviri dələduzluqda şübhəli bilinir

Bakı. 2 oktyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahunun xanım müşaviri 38 yaşlı Perax Lerner dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı istintaq davam edir.

İddia olunur ki, P.Lernerin ictimai nüfuzundan əri Avi Lernerin işgüzar maraqların təmin olunmasında yararlanıb.

Qeyd edək ki, Perax Lerner 2009-cu ildən Binyamin Netanyahunun qanunvericilik və parlament fəaliyyəti üzrə müşaviridir. O, hökumət başçısının dəftərxanası ilə parlament (knesset) arasında əlaqələrə görə cavabdehdir. 

Son xəbərlər

Orphus sistemi