Yuxarı

İsrail baş naziri Beynəlxalq Cinayət Məhkəməsini yenidən tənqid edib

Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin qərarını absurd adlandırıb

BAKI. 18 yanvar. REPORT.AZ/ İsrail baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin fələstinlilərə qarşı müharibə cinayətləri ittihamlarına dair istintaq başlatması tənqid edib.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, televiziya ilə çıxışında İsrail baş naziri, bu addımı absurd adlandırıb.

B.Netanyahu deyib ki, bu qərarın qəbuledilməzliyi terrorla mübarizədə dünya lideri olan İsrailin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən istintaqa cəlb edilməsindədir. O, eyni zamanda "Həmasın terrorçu cinayətkarlarının" ittihamların təsdiqi üçün əlindən gələni edəcəyini bildirib.

Baş nazir deyib ki, artıq eyni iddianı İslam Dövləti, Əl-Qaidə və Hizbullah da qaldırsa təəccüblənməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi