​İspaniyanın şimalında qoruq yanır - FOTO

​İspaniyanın şimalında qoruq yanır - FOTO Təbii fəlakətlə mübarizəyə 500-dən artıq insan, həmçinin operatorlar, pilotlar, yanğınsöndürənlər, hərbçilər və s. cəlb edilib
Digər ölkələr
29 Dekabr , 2015 22:09
​İspaniyanın şimalında qoruq yanır - FOTO

Bakı. 29 dekabr. REPORT.AZ/ İspaniyanın şimalında başlanan irimiqyaslı yanğınlar qoruq sayılan meşə massivlərində hələ də davam edir. Alov 2 000 hektardan artıq sahəni əhatə edir, 100-dək yanğın ocağı qeydə alınıb.

Bu barədə "Report" "El Pais"ə istinadən xəbər verir.

Yanğınsöndürənlər alovu söndürməyə çalışırlar. Onlar Ətraf Mühit Nazirliyinin hərbi və hidrotəyyarələrindən istifadə edir.

Yerli hakimiyyət nümayəndələrinin xəbərinə əsasən, yanğın nəticəsində Assos təpələri və Saha-Bəsayyə təbii parklarının meşə massivləri ziyan çəkib.

Təbii fəlakətlə mübarizəyə 500-dən artıq insan, həmçinin operatorlar, pilotlar, yanğınsöndürənlər, hərbçilər və s. cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi