İspaniyanın sahil mühafizə xidməti 600-ə yaxın miqrantı xilas edib

İspaniyanın sahil mühafizə xidməti 600-ə yaxın miqrantı xilas edib Miqrantlar 15 qayıqda və hidrosikllərdə olublar
Digər ölkələr
16 Avqust , 2017 22:58
İspaniyanın sahil mühafizə xidməti 600-ə yaxın miqrantı xilas edib

Bakı. 16 avqust. REPORT.AZ/ İspaniyanın sahil mühafizə xidməti son sutka ərzində bu ölkənin sahillərinə yaxınlaşmaq istəyən 600-ə yaxın miqrantı xilas edib.

"Report" xəbər verir ki, bu barədə "ABC" nəşri məlumat yayıb.

Qeyd olunur ki, onlar 15 qayıqda və hidrosikllərdə olublar. "Qeyri-adi, böyük miqdarda qayıq bu yayda İspaniyanın sahilinə yaxınlaşır", - deyə İspaniyanın sahil mühafizəsinin xidmətinin nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, miqrantlar xidmət tərəfindən səhər tezdən xilas ediliblər.

Beynəlxalq Miqrasiya Təşkilatın məlumatına görə, bu ilin 9 avqustundan 8,3 min nəfərdən çox qanunsuz miqrant İspaniyaya gəlib. Suda ən azı 121 nəfər boğulub.

Son xəbərlər

Orphus sistemi