​İspaniyanın Araqon vilayətində matəm elan edilib

​İspaniyanın Araqon vilayətində matəm elan edilib Zavodda baş verən partlayışda 6 nəfər ölüb
Digər ölkələr
1 Sentyabr , 2015 13:52
​İspaniyanın Araqon vilayətində matəm elan edilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ İspaniyanın Araqon vilayətində pirotexniki zavodda baş verən partlayış nəticəsində 6 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Hökumət Araqonda bir günlük matəm elan edib. Hadisə baş verən zaman zavodda 20-yə yaxın adam olub.

Partlayışın başvermə səbəbi araşdırılır.

Əsası 1860-cı ildə qoyulan zavodun məhsulları Almaniya, Belçika, Britaniya, Fransaya, eləcə də Avropanın başqa dövlətlərinə və Kanadaya ixrac edilir.

Zavodda əvvəllər də oxşar hadisələr baş verib. 1973-cü ildə müəssisədəki partlayış nəticəsində 5 nəfər ölmüşdü. 1984-cü ildə baş verən uçqun hadisəsində isə ölən və xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi