İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub, xəsarət alanlar var

İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub, xəsarət alanlar var ​İspaniyanın Alkanar şəhərində növbəti partlayış törədilib, xəsarət alanlar var
Digər ölkələr
18 Avqust , 2017 03:35

Bakı. 18 avqust. REPORT.AZ/ İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub.

"Report" xəbər verir ki, bu barədə "324 cat" məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə yerli vaxtla saat 17-də baş verib. Partlayış zamanı 9 nəfər xəsarət alıb. İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

Qeyd olunur ki, partlayışın baş verdiyi binada 1 gün əvvəl də analoji hadisə olub. Nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Təhqiqat Alkanardakı birinci partlayışı Barselonada avqustun 17-də baş vermiş terrorla əlaqələndirir.

Son xəbərlər

Orphus sistemi