İspaniyada 113 yaşlı qadın COVID-19-dan sağaldı

İspaniyada 113 yaşlı qadın COVID-19-dan sağaldı İspaniyanın ən yaşlı sakini olan 113 yaşlı Maria Branias COVID-19 virusundan sağalıb.
Digər ölkələr
12 May , 2020 15:48
İspaniyada 113 yaşlı qadın COVID-19-dan sağaldı

İspaniyanın ən yaşlı sakini olan 113 yaşlı Maria Branias COVID-19 virusundan sağalıb.

“Report” xəbər verir ki, Kataloniyanın Girona şəhərində qocalar evində son iyirmi ildir yaşayan ağbirçək bir neçə həftəlik müalicədən sonra elə həmin müəssisədəki otaqda karantin keçib və son testi də mənfi çıxıb.

“Gerontology Research Group” beynəlxalq tədqiqat qrupunun məlumatına görə Maria Branias dünyanın koronavirusa qalib gəlmiş ən yaşlı sakinidir.

Maria Braniasın uşaqlıq çağında, 1918-1920-ci illərdə ölkəni ağuşuna almış ölümcül ispan qripi epidemiyasını belə ötüşdürməyi bacardığı bildirilir.

1907-ci ildə ABŞ-ın San-Fransisko şəhərində doğulmuş Maria bir müddət sonra vətənə qayıtmış, 1931-ci ildə ailə qurmuş, üç övlad, 11 nəvə, 13 nəticə sahibi olmuşdu.

Son xəbərlər

Orphus sistemi